Nazirlikdən daha bir şəhid ailəsi ilə bağlı açıqlama

Hazırda oxunan: Nazirlikdən daha bir şəhid ailəsi ilə bağlı açıqlama

6621

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızdan biri - Elnur İmamverdiyevin ailəsi ilə görüşüb. Kürdəmir rayonunun Carlı kəndində yaşayan ailənin sosial vəziyyəti öyrənilib. 

Bizim.Media xəbər verir ki, 19 yaşlı Elnur İmamverdiyev hərbi xidmət keçdiyi müddətdə daim komandirlərinin tapşırıqlarını vaxtı-vaxtında yerinə yetirərək, nizam-intizamlı əsgər kimi onların rəğbətini qazanıb.

Bu xüsusiyyətlərinə görə ailəsinə təşəkkür məktubları ünvanlanıb. O, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

E. İmamverdiyev müharibəyə qədər ata, ana və qardaşı ilə birlikdə yaşayıb. 

Şəhidin ailəsinə Prezidentin aylıq təqaüdünün və sosial müavinətin təyin olunduğu bildirilib. Fond sədri ailəyə təqaüd kartını, “Şəhid ailəsi üzvü” vəsiqəsini təqdim edib.

Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə də məlumat verilib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanacağı qeyd edilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin