Kür çayı əvvəlki halına qayıdır – FOTO

Hazırda oxunan: Kür çayı əvvəlki halına qayıdır – FOTO

66160

Mart ayının ikinci ongünlüyündə yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb.

Bizim.Media xəbər verir ki, hazırda Kür çayında suyun səviyyəsində artım 1,5 metr-ə çatıb.

Qeyd edək ki, son illər Kür çayında suyun azalması səbəbindən kürboyu ərazilərdə, əsasən də Saylan, Neftçala rayonlarının əksər kəndlərində əkin sahələrinin suvarılmasında ciddi problemlər mövcud idi.

Çayda suyun səviyyəsinin artması bu problemin aradan qalxmasına səbəb olub. Hazırda sahil boyu quraşdırılmış su nasoslarının fəaliyyəti bərpa olunub. Mütəxəssislərin fikrincə, bundan sonra da Kür çayında artımlar müşahidə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin