Sosial cinayətlərlə məşğul olan yeni qurum YARADILSIN – DİN-ə TƏKLİF

Hazırda oxunan: Sosial cinayətlərlə məşğul olan yeni qurum YARADILSIN – DİN-ə TƏKLİF

66048

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Daxili İşlər Nazirliyinin tərkibində sosial cinayətlərlə məşğul olan ayrıca qurumun yaradılması təklif ilə çıxış edib.

Bu barədə Mehriban Zeynalova Bizim.Media-ya bildirib. Onun sözlərinə görə nazirliyin nəzdində sosial cinayətlərlə məşğul olan ayrıca qurumun yaradılması və bütün idarə, şöbə, bölmələrdə bu sahə üzrə ixtisaslaşmış polis qrupunun yaradılmasını istəyir:
 

MÖVZU İLƏ BAĞLI:

Qadın ÖLÜMLƏRİ – “Daha ağır faciələr gözlənilir” - HƏYACAN TƏBİLİ


“Sosial cinayətlərə - məişət zorakılığı, cinsi zorakılıq, cinsi zəmində santaj, iş yerində cinsi təhrik, uşaqlara qarşı cinayətlər və s. kimi sahələr əhatə edilə bilər. Əslində İnsan Alverinə Qarşı Mübarizə Baş idarəsinin bazasında bunu genişləndirmək daha məqsədəuyğun olardı”, - deyə o, qeyd edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin