“2021-ci ildə doqquzuncu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcək”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq tərtib edilmiş proqramları və yeni tapşırıq modellərinin variantları təqdim olunub.
“Yeni imtahan modelinə uyğun olaraq imtahanda şagirdlərə həm açıq, həm də qapalı tipli tapşırıqlar təqdim olunacaqdır.
Jurnalda, həmçinin, dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (//dim.gov.az/news/2504/)
Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər”, - deyə sədr qeyd edib.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2020/12/28/1609140735_03.jpg)
- A-
- A
- A+
Cəmiyyət
11:29 / 28.12.2020
9-cu siniflərin buraxılış imtahanlarının yeni modeli açıqlandı - RƏSMİ
Hazırda oxunan: 9-cu siniflərin buraxılış imtahanlarının yeni modeli açıqlandı - RƏSMİ
Hazırda oxunan: 9-cu siniflərin buraxılış imtahanlarının yeni modeli açıqlandı - RƏSMİ
6602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.