Güclü qar Qonaqkənd-Xaltan yolunda nəqliyyatın hərəkətini çətinləşdirib - FOTO

Hazırda oxunan: Güclü qar Qonaqkənd-Xaltan yolunda nəqliyyatın hərəkətini çətinləşdirib - FOTO

66015

Qubanın ən çox qar yağan Xaltan kəndində bu gün səhər 40 sm-dən çox qar və 10 dərəcədən çox şaxta qeydə alınıb.

Yerli sakinlərin Bizim.Media-ya verdiyi məlumata görə, aramsız yağan qar Qonaqkənd -Xaltan yolunda nəqliyyatın hərəkətini çətinləşdirib.

Yol təsərrüfatı işçiləri yolun qardan təmizlənməsinə başlayıb. Hələlik yolun 5 kilometri qardan təmizlənib, bu gün ərzində təmizlənmə işləri davam etdiriləcək.

Bildirilib ki, Xaltan kəndinə yalnız UAZ markalı avtomaşınlarla, təkərlərinə zəncir vurmaqla getmək mümkündür.

Xaltan İnzibati Ərazi Dairəsinin Nütəh kəndindən və Qonaqkənd-Xaltan yolundan qar görüntülərini təqdim edirik:

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin