Qarabağın bərpası ilə bağlı fond yaradılsın - TƏKLİF

Hazırda oxunan: Qarabağın bərpası ilə bağlı fond yaradılsın - TƏKLİF

6600

İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı yeni fondun yaradılması təklif edilib.

Bizim.Media-nın məlumatına görə, bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, iş adamları, xaricdə yaşayan sahibkarlar onlara, deputat həmkarlarına müraciət edərək, bu işlərə dəstək olmaq arzularını bildirməkdədir:

''Burda müzakirələrdə deyilən fikirləri də təhlil edərək düşünürük ki, bu məqsədlə ayrıca bir Fondun yaradılması maliyyələşmə və nəzarət mexanizmlərini daha da təkmilləşdirərdi''.

''Fondun vəsaitinin yalnız büdcə hesabına deyil, həm də sahibkarların dəstəyi və beynəlxalq təşkilatlardan ola biləcək qrantlar hesabına formalaşması aparılacaq işlərə mühüm dəstək ola bilər. Fikrimizcə, xərclənən vəsaitlərin də bir mənbədən reallaşması prosedurları sadələşdirə və şəffaflığı daha da artıra bilər''.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bu məsələyə hökumət üzvləri öz münasibətini bildirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin