İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Bizim.Media xəbər verir ki, gün ərzində Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri və Cəfərli kəndində, Xaçmaz rayonunun Niyazoba kəndində, Lənkəran rayonunun Liman şəhəri və Boladı kəndində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media