44 günlük Vətən müharibəsindən sonra Tərtər rayonunun Suqovuşan qəsəbəsində bir fərdi yaşayış evi təmir olunaraq təhvil verilib.
Bizim.Media xəbər verir ki, bunu işğaldan azad olunmuş Qarabağ iqtisadi rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Bəşir Hacıyev deyib.
Onun sözlərinə görə, sözügedən yaşayış evi 148 kvadratmetr ərazinin içərisində olmaqla 3 otaq, bir mətbəx və 2 sanitar qovşaqdan ibarətdir.
"Evin əsas fasad hissəsi dekorativ daşlarala işlənib. Bu da yerləşdiyi ərazinin ahəngini təmin edir. Evin digər fasad hissəsində suyadavamlı boya materialından istifadə olunub. Fərdi yaşayış binasının əhatəsi abadlaşdırılıb, ağaclar əkilib. Evə su, işıq xətti çəkilib, yol asfaltlanıb.
Suqovuşan qəsəbəsində məktəbin də təmiri planlaşdırılır. 144 nəfərlik bu məktəb bir hektar ərazidə yerləşir. Məktəb işçi layihə hazırlandıqdan sonra təhvil vreriləcək. Bu məktəbdə 12 sinif otağı və 60 nəfərlik akt zalı olacaq", - deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:49 / 21.03.2022
“Suqovuşanda bir ev təmir olunub, məktəbin isə təmiri planlaşdırılır” – Bəşir Hacıyev
Hazırda oxunan: “Suqovuşanda bir ev təmir olunub, məktəbin isə təmiri planlaşdırılır” – Bəşir Hacıyev
Hazırda oxunan: “Suqovuşanda bir ev təmir olunub, məktəbin isə təmiri planlaşdırılır” – Bəşir Hacıyev
65914
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.