Şəmkirdə silahdan atəş açılması nəticəsində bir nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə Əliyaqublu kəndi ərazisində bir nəfərin xuliqanlıq zəminində odlu silahdan atəş açması və rayon sakini X. Süleymanova ayaq nahiyəsindən xəsarət yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini Y. Məhərrəmov saxlanılıb, ondan “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:40 / 21.03.2022
Şəmkirdə ov tüfəngindən atəş açıldı, bir nəfər yaralandı
Hazırda oxunan: Şəmkirdə ov tüfəngindən atəş açıldı, bir nəfər yaralandı
Hazırda oxunan: Şəmkirdə ov tüfəngindən atəş açıldı, bir nəfər yaralandı
65891
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.