Novruz bayramı hansı ölkələrdə qeyd olunur? - SİYAHI

Hazırda oxunan: Novruz bayramı hansı ölkələrdə qeyd olunur? - SİYAHI

65872

Qədim türklərdə “erəkən gün”, “yeni gün” kimi adlanan Novruz bayramı bahar şöləni olaraq dünyanın bir çox ölkələrində məhz mart ayının 21-də qeyd olunur. 

Azərbaycanda 3 min 500 ildən çox yaşı olan Bahar bayramının qeyd olunması həm areal, həm də ənənələrə görə müxtəlif şəkil alıb, amma əsas mahiyyəti qoruyub özündə saxlayıb.

Novruz bayramını Azərbaycanda və İranın tərkibində olan Cənubi Azərbaycanda da qeyd edirlər. Odlar Yurdundan sonra bu bayramı qeyd edən ölkələr sırasında xeyli sayda ölkələrin adları var. Novruz bayramı BMT-nin Mədəni İrs siyahısına da daxil edilib.

Bizim.Media Novruz bayramını qeyd edən ölkələrin siyahısını təqdim edir.

İran

Azərbaycanlıların etdiyi kimi, İranda da ənənəyə görə süfrəyə 7 ədəd “s” ilə başlayan nemət qoyulmalıdır.  Bunlar: Seeb (alma), Seer (sarmısaq), Serkeh (sirkə), Sonbol (sünbül), Samanu (halva), Sabzeh (səməni), senjed (iydə).

Qazaxıstan

Qazaxıstanda Novruz bayramı rəsmi olaraq 2001-ci ildən qeyd olunur. Onlar bir-birlərini "koktem tudı" (yazın doğulması deməkdir) deyərək təbrik edir.

Qırğızıstan

Qırğız əfsanələrində qız gözəlliyini Novruzda yağan qara bənzədirlər. Belə bir gündə qarın yağması yaxşı əlamət hesab olunur.

Krım tatarları

Sovet rejiminin təzyiqi ilə bu bayram milli şüurdan silinsə də, əvvəllər krım tatarları  bu bayranı təmtəraqla qeyd edirdilər.

Türkmənistan

1922-ci ildən türkmən xalqı rəsmi olaraq Novruz bayramını qeyd edir. Bu bayram ərəfəsində qonağa nə qədər çox kişmiş, qoz, konfet, nabat verilərsə, həmin evdə də bir o qədər bolluq olar.

Əfqanıstan

Martın 21-i Əfqanıstanda rəsmi təqvimin ilk günüdür. Əfqanıstanda da Azərbaycanda olduğu kimi yumurta döyüşdürmək adəti var. Quru meyvələrdən və meyvə şirələrindən Əfqanıstanda “Yeddi meyvə” hazırlayırlar.

Türkiyə

Türkiyədə martın 22-si “Novruz sultan” adlandırılır. Mərkəzi Anadoluda novruz bayramı "mart doqquzu" kimi də tanınır. Anadoluda keçirilən digər mərasimlərə ağacları mart Günəşinin şüalarından qorumaq üçün onlara parçaların (mart lenti) sarınmasını misal çəkmək olar.

Albaniya

Albaniyada Novruz bayramını Türkiyəlilərin deyiminə oxşar “Sultan Nevruz” çağırırlar.

Özbəkistan

Özbəkistanda Novruz süfrəsi üçün şəkərdən nişala bişirilir və mərcidən səməni göyərdirlər.

Bunlardan başqa Şimal Kipr, Hindistan, Suriya, İraq, Pakistan və Tacikistanda da Novruz bayramı maraqlı adət-ənənələr ilə qeyd olunur.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin