“Yeraltı dünya”nın yeganə kapitan qızı - VİDEOREPORTAJ

Hazırda oxunan: “Yeraltı dünya”nın yeganə kapitan qızı - VİDEOREPORTAJ

65861

“Bakı Metropoliteni”nin tək maşinst xanımı hər gün olduğ kimi bayramda da işə tələsir. Günay Həbibli deyir ki, Novruzda insanların rahatlığı üçün gərəkdir ki, biz vəzifə başında olaq. 9 günlük tətil zamanı növbəsinə uyğun olaraq hər gün işə çıxacaq. 

Günay xanım söyləyir ki, bu peşəni seçməsi təsadüfi olmayıb. O, işin məsuliyyətini də, ağırlığını da dərk edərək bu peşəni seçib:

“2018-ci ilin oktyabrında Bakı metrosu yeni qaydaya imza atır və xanımlara maşinist vakansiyası üçün şans verilir və mən bu fürsəti qaçırmadım. Metropolitendə qatarları qəbul edib yola salan növbətçi kimi çalışmağa başlasam da 6 aylıq hazırlıq kursuna yazılaraq ilk qadın maşinist oldum”.

Reportaj boyu o, ilkin vaxtlarda düşdüyü çətinliklərdən də söhbət açır. Deyir ki, heç də hamı onun bu işə meyl salmasını birmənalı qarşılamayıb. Amma sonralar özü də, qohumlar da, iş yoldaşları da bu seçimi yüksək dəyərləndirib, indi seçiminə görə qürur hissi keçirir.

Maşinist xanım deyir ki, “Qatarın bu kiçik kabinəsi mənim evimdir”. “Yeraltı  dünya”nın yeganə maşinist xanımı 3 ildir elə bu kabinədən sərnişinlərin xidmətindədir. 

“Sevdiyin peşənin qadını, kişisi olmaz” deyən müsahibimiz tunelin qoxusundan, sərnişinlərin sevgisindən, ən nəhayət işindən zövq almasından söhbət açır.
“Yeraltı dünyanın” ilk kapitan qızı ilə geniş reportajı diqqətinizə təqdim edirik:

Alçina Amilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin