Palma yağı FAYDALIDIR – Amma kimə və necə?

Hazırda oxunan: Palma yağı FAYDALIDIR – Amma kimə və necə?

65851

Azərbaycan bazarında palma yağının çəkisi ilbəil artır. Dünya ölkələrində olduğu kimi Azərbaycanda da demoqrafik vəziyyətdəki sıçrayışlar Yer üzündə təbii resursları tükəndirir və əhalini qida təminatı üçün alternativ mənbələrdən istifadəni qaçılmaz edir. Bu baxımdan qida sənayemizə son illər daxil olmuş plama yağları müxtəlif müzakirə mövzusuna çevrilib.

Bu yağı bir çox həkimlər və qida mühəndisləri sağlamlıq üçün təhlükə mənbəyi adlandırırlar. 

Palma yağı qida bazarında bitki yağı olaraq ucuz qiymətə və asan başa gəlir. Ona görə də bu yağın istifadəsi məhsulun maya dəyərinin ucuz olması üçün vacib rol oynayır. Və tək 2020-ci ildə 55 milyon dollar dəyərində 64 500 ton palma yağı Azərbaycana idxal olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Palma yağlarının təhlükəsi – “Azərbaycanda 2 milyon ton süd çatışmazlığı var” - ARAŞDIRMA


Bəs, bu yağın təhlükəliyi nədədir?

Bizim.Media xəbər verir ki, həkim-terapevt Rasif Bağırov palma yağını zərərli hesab etmir:

“Palma yağı təyinatı üzrə istifadə olunanda heç bir problem yaratmır. Un məmulatı, şirniyyat və ya peçenyelərdə istifadə olunarsa, heç bir ziyanı yoxdur. Sadəcə palmayağı kərə yağı yerinə işlənilib-hazırlananda oqranizmə zərər vurur”.

Rasif Bağırov qeyd edir ki, palma yağının gec əriməsi və digər bir sıra xüsusiyyətləri onun istehsalatda istifadəsinə geniş yer verir.

“Palma yağı təxminən 48-49 dərəcədə əriməyə başlayır. Buna görə, xüsusilə yay vaxtı səmərəli olduğu üçün palma yağı qənnabı sənayesində işlədilir. Digər ərzaq qidaları ilə birgə qəbul etdikdə mədə-bağırsaq sistemində həmin qidalar sürüşkənliyi təmin etməyə imkan verir. İnsanlar bu qidanı bir dəfəyə və külli miqdarda qəbul etmədikdə bu onlar üçün yük yaratmır”.

Həkimin sözlərinə görə, palma yağının kərə yağı qədər çox işlənməsi isə orqanizmdə ciddi fəsadlar yaratmaq gücündədir.
 

“Çoxlu miqdarda bədənə bu yağın daxil olması və bilirik ki, bədənin normal temperaturu 36,5-dır, bu yağ orqanizmdə donmasına səbəbiyyət verir. Daha sonra palma yağının sovrulması çətinliklər törədir”.


Koordioloq mütəxəssislərinin fikrincə isə məhz bu xüsusiyyətinə görə, palma yağı ürək-damar tıxanıqlarına yol açan birinci səbəblərdəndir. Ona görə də palma yağından və onların iştirakı ilə hazırlanmış şirniyyatlardan uzaq durmaq məsləhətdir.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin