Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirmək istəyən şəxs tutulub. Bu barədə nəfər saxlanılıb.
Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, mart ayının 20-də saat 05:35 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində ölkə ərazisinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd göstərən 1 nəfər saxlanılıb.
Onun Biləsuvar şəhər sakini, 1979-cu il təvəllüdlü İsgəndərov Razi Əlipaşa oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 13 kiloqram 680 qram narkotik vasitəyə (8 kiloqram 800 qram marixuana, 2 kiloqram 840 qram tiryək, 1 kiloqram heroin, 1 kiloqram 40 qram metamfetamin) bənzər maddələr aşkar olunaraq götürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:20 / 20.03.2022
Azərbaycana İrandan narkotik gətirən şəxs tutuldu: 8 kq marixuana, 2 kq tiryək, 1 kq heroin... – FOTO
Hazırda oxunan: Azərbaycana İrandan narkotik gətirən şəxs tutuldu: 8 kq marixuana, 2 kq tiryək, 1 kq heroin... – FOTO
Hazırda oxunan: Azərbaycana İrandan narkotik gətirən şəxs tutuldu: 8 kq marixuana, 2 kq tiryək, 1 kq heroin... – FOTO
65731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.