Ermənistan KİV: Ermənilər Kəlbəcərdə toy etdi - FOTO

Hazırda oxunan: Ermənistan KİV: Ermənilər Kəlbəcərdə toy etdi - FOTO

6569

Bu gün Kəlbəcərdəki Xudavəng monasıtrında Ağdərədən olan İrina Qabrielyan və Xankəndindən olan Aram Berdyan evləniblər.

Bizim.Media xəbər verir ki, bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb.

Ermənistanın XİN sözçüsü Anna Naqdalyan isə monastırda evlənən cütlüyün şəklini şəxsi tvitter səhifəsində “müharibədən sonra ilk toy” başlığı ilə paylaşıb.

Qeyd edək ki, Xudavəng monastır kompleksi (IV-XIII əsrlər) - Kəlbəcər rayonunda, Vəng kəndi ərazisində yerləşən qədim alban məbəd kompleksidir.

VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Xudavəng monastır kompleksi erməni abidəsi kimi dünyaya təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin