İsmayıllıdakı qar uçqunu ilə bağlı DYP-dən AÇIQLAMA

Hazırda oxunan: İsmayıllıdakı qar uçqunu ilə bağlı DYP-dən AÇIQLAMA

65633

"Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisindən keçən hissəsində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür”.

Bizim.Media xəbər verir ki, bunu  açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

DYP-dən Novruz bayramı ilə əlaqədar sürücülərə MÜRACİƏT


O qeyd edib ki, hazırda BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən yol təsərrüfatı işçiləri ilə birgə Basqal qəsəbəsi ərazisindəki yollar qar və buzdan təmizlənir:

"Hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Hazırda yollar nəzarət altındadır, avtomobillərin hərəkəti davam edir”.

"Bir daha sürücülərə müraciət edərək hava şəraitini düzgün qiymətləndirməyi, qar yağan bölgələrə səfərlər zamanı zəruri ehtiyat tədbirləri görməyi xahiş edirik", - İdarə rəsmisi bildirib. 

Qeyd edək ki, ötən gün qarın yağması ilə əlaqədar Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisindən keçən hissəsində qar uçqunu baş vermişdi. Qar uçqunu səbəbindən avtomobillərin hərəkəti tamamilə iflic olmuşdu. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin