Qarlı-şaxtalı Qubadan yeni FOTOLAR 

Hazırda oxunan: Qarlı-şaxtalı Qubadan yeni FOTOLAR 

65624

Şimal bölgəsində mart ayının 19-cu günündə də qarlı-şaxtalı hava şəraiti davam edir. 

Bizim.Media-nın Quba ərazisiz üzrə Hidrometerologiya müəssisəsindən əldə etdiyi məlumata görə, bu gün səhər Qubanın Xaltan kəndində 48 sm qar müşahidə edilib, Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü isə 46 sm təşkil edir.  

Şaxtanın ən çox olduğu Qrız kəndində bu gecə də  bölgə üzrə rekord göstərici qeydə alınıb - 13 dərəcə şaxta. 

Quba və Qusarın avtomobil yolları buz bağlayıb. Quba yol təsərrüfatı işçiləri müxtəlif istiqamətlərə gedən yollara duz və çınqıl səpilməsini təmin ediblər. 

Hazırda Quba şəhərində qarın yağması  davam edir. Havanın temperaturu müsbət 2 dərəcəyə yüksəlsə də yağıntı davam edir. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin