Bakıdan Kiyev sakinlərinə 30 ton humanitar yardım göndərildi - FOTO

Hazırda oxunan: Bakıdan Kiyev sakinlərinə 30 ton humanitar yardım göndərildi - FOTO

65610

Bakı şəhərindən Kiyev sakinlərinə 30 tondan çox humanitar yardım göndərilib.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən bildirilib.

"Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədi ilə Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan çox ərzaq və digər zəruri mallardan ibarət humanitar yardım Bakı şəhəri ilə qardaşlaşmış Kiyev şəhərinin sakinlərinə göndərilib", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin