Metropolitendə retro vaqonlar nümayiş olunur - 1934-cü il istehsallı...

Hazırda oxunan: Metropolitendə retro vaqonlar nümayiş olunur - 1934-cü il istehsallı...

65602

Bakı metropoliteninin əsas muzey eksponatlarından olan retro vaqonlar Novruz bayramı münasibətilə “İçərişəhər” stansiyasında nümayiş etdirilir. 

Metropolitendən Bizim.Media-ya bildirilib ki, keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olan “A” tipli vaqon 1934-cü ilin sonunda istehsal olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosunda sərnişin sayı kəskin azalıb - STATİSTİKA


Həmin vaqonlarda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün isə 120 yer var.

Stansiyada nümayiş olunan digər eksponat 1950-ci illərin istehsalı “Q” tipli metro vaqonudur. Bu vaqonların sonuncusu postsovet məkanında 1983-cü ildə xətdən çıxarılıb. Lakin Bakı metropoliteni istismara verilərkən artıq istehsalı dayandırılmışdı və bu səbəbdən Bakıda sərnişindaşıma prosesinə cəlb olunmayıb.

Stansiyada nümayiş olunan “E” tipli digər metro vaqonu isə 1959-cu ilin sonlarından başlayaraq istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi.

Stansiyada nümayiş olunan bu vaqonların sonuncusu 2011-ci ildə istismardan çıxarılıb. 

Sərnişinlər mart ayının 22-dək “İçərişəhər” stansiyasında bu vaqonlarla tanış ola, xatirə şəkilləri çəkdirə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin