Karantin qaydalarını pozaraq özünə ad günü keçirən 187 saylı məktəbin direktou Nailə Məmmədova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şeir yazıb.
Bizim.Media xəbər verir ki, şeiri ifa etdiyi video sosial şəbəkədə yayılıb.
Xatırladaq ki, 22 dekabr tarixində Nailə Məmmədovanın karantin günlərində özünə yubiley mərasimi keçirməsinə dair videogörüntülər yayılmışdı. Həmin görüntülər barədə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və fakt öz təsdiqini taparaq barəsində lazımi tədbirlər görülüb.
Qeyd edək ki, onun başında Dövlət bayrağımızı taxaraq oynadığı videosu da sosial şəbəkələrdə yayılıb və cəmiyyətin ciddi qınağına səbəb olub.
Bizim.Media