“Son 10 ildə Şərqi Azərbaycan vilayətinə sərmayə yatırılmayıb” - İranın vitse-prezidenti 

Hazırda oxunan: “Son 10 ildə Şərqi Azərbaycan vilayətinə sərmayə yatırılmayıb” - İranın vitse-prezidenti 

65476

İran prezidenti İbrahim Rəisinin iqtisadi məsələlər üzrə müavini Möhsün Rzayi Təbrizə səfəri zamanı Şərqi Azərbaycan vilayətinə investisiya qoyulmaması ilə bağlı fikirləri təsdiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb. 

Bildirilib ki, o, daha öncə bir sıra vilayət rəsmiləri və azərbaycanlı millət vəkillərinin Şərqi Azərbaycanın sərvətlərinin digər bölgələrə daşındığı və bu vilayətə sərmayə qoyulmaması ilə bağlı iradlarını haqlı sayıb: 

“Son 10 ilə baxsaq görərik ki, Şərqi Azərbaycan vilayətinə investisiya qoyuluşu mənfidir və bu istiqamətdə heç bir iş görülməyib. Azərbaycan belə münasibətə layiq deyil”.  
Qeyd edək ki, son vaxtlar Şərqi Azərbaycanın bir sıra məsul şəxslərinin və İran parlamentindəki deputatlarının vilayətin gəlirlərinin başqa əyalətlərə daşınması ilə bağlı narazılıqları artıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin