ABŞ-dakı Azərbaycan diasporunun fəalları medalla təltif ediliblər

Hazırda oxunan: ABŞ-dakı Azərbaycan diasporunun fəalları medalla təltif ediliblər

6539

Diasporla İş üzrə Dövlət Komitəsi ABŞ-dakı Azərbaycan diasporunun fəaliyyətinə töhfələr verən diaspor təşkilatlarının fəalları - Abol Bahadorini, Ercan Yerdelenlini, Farid M.Mammadovu, Jon-Naimi Amiralı, Turyan Qarabağ Rafaellini “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib.

Nyu-Yorkdakı Azərbaycan Assosiasiyasının rəhbəri Ercan Yerdelenli bildirib ki, ölkəmizin Vətən müharibəsində qazandığı tarixi qələbə ABŞ-dakı Azərbaycan diasporunun nümayəndələri tərəfindən sevinc və qürur hissi ilə qarşılanıb:

“ABŞ-da yaşayan azərbaycanlı fəallar uzun illərdir Qarabağ həqiqətlərinin bu ölkənin ictimayyətinə çatdırılmasında səylə çalışmaqdadır. Biz bu müddət ərzində dayanmadıq, ABŞ-da Azərbaycanın səsi olduq".

"Bu müddət ərzində başda Nyu-York şəhəri olmaqla ABŞ-ın bir sıra şəhərlərində mitinqlər keçirdik. ABŞ mediası bizdən yazdı. Ancaq, hələ də, işimiz yekunlaşmayıb. Bundan sonra Qarabağın gözəlliklərini, zəngin təbiətini və qaynaqlarını ABŞ cəmiyyətinə tanıdacağıq”. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin