"Sadəcə, şəxsən mənim üçün sevindirici bir məqamı qeyd etmək istəyirəm ki, bu gün İcraiyyə Komitəsinin etimad göstərdiyi baş katib AFFA-nın daxilində püxtələşmiş kadrdır, addım-addım, pillə-pillə irəliləyib və bu illər ərzində müxtəlif tədbirlərdə, turnirlərdə zəruri təcrübəni toplayıb".
Bizim.Media xəbər verir ki, bunu AFFA-nın icraçı prezidenti Elxan Məmmədov Sərxan Hacıyevin milli assosiasiyanın baş katibi təyin edilməsi barədə danışarkən deyib.
O, Hacıyevlə birlikdə fəaliyyətini davam etdirəcəyi üçün şad olduğunu bildirib:
MÖVZU İLƏ BAĞLI:
Elxan Məmmədov FİFA prezidenti ilə görüşdü - FOTO
"Ona uğurlar arzulayıram və ümidvaram ki, bugünkü müvafiq qərar Azərbaycan futbolunun inkişafına, AFFA-nın simasında ölkəmizin futbol institutunun bəlli struktur əsasında idarə olunmasına öz töhfəsini verəcək".
E.Məmmədovun sözlərinə görə, Baş katib vəzifəsinin həvalə olunduğu Sərxan Hacıyev AFFA-ya və Azərbaycan futbol ailəsinə yad sima deyil, futbol ictimaiyyətində tanınan şəxsdir:
"O, 2009-cu ildən AFFA-da mütəxəssis vəzifəsində çalışmağa başlayıb. Ardınca Beynəlxalq əlaqələr şöbəsinin müdiri, sonra isə – 2012-ci ildən bu günə qədər baş katibin müavini vəzifəsində işləyib. Sərxan Hacıyevin təcümeyi-halı AFFA-nın saytında yerləşdirilib, çox da təfərrüata varmaq istəmirəm" (report).
Bizim.Media