Bakıxanov qəsəbəsinin 6 küçəsində təmir işlərinə start verildi - VİDEO

Hazırda oxunan: Bakıxanov qəsəbəsinin 6 küçəsində təmir işlərinə start verildi - VİDEO

65351

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində cari ilin “İnvestisiya Proqramına”na əsasən, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsi üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 5.8 km təşkil edən küçələrdə təmir işlərinə start verib.

Bu barədə Bizim.Media-ya Agentlikdən bildirilib.

Məlumata görə, hazırda uzunluğu 600 metr, eni isə 12 metr təşkil edən Ruhulla Axundov küçəsi əsaslı şəkildə təmir edilir.

Təmir işləri çərçivəsində yeni piyada səkiləri inşa edilir, mövcudları isə bərpa olunur. Səkilərin kənarlarında olan 1200 p/metr uzunluğa malik köhnə səki daşları yeniləri ilə əvəzlənir.

Anoloji təmir işləri qəsəbənin 1500 metr uzunluğa malik Oskar Əfəndiyev küçəsində də aparılır. Küçənin eni ortalama 12 metr təşkil edir.

Texnoloji ardıcıllığa uyğun olaraq sözügedən küçələrdə növbəti mərhələlərdə köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.

Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemlərinin bərpa olunaraq işlək vəziyyətə gətirilməsi, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulması işləri də yerinə yetiriləcək.

“İnşaat Norma və Qaydaları”na uyğun təmir işlərinin sonuncu mərhələsində küçələr boyu avtonəqliyyat vasitələrinin hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

“İnvestisiya Proqramına”na əsasən təmir işlərinin ardıcıllıqla Bakıxanov qəsəbəsinin Şamil Kamilov (1800 m), Sülh (550 m), Ramiz Qəmbərov (400 m) və Əşrəf Yunusov (950 m) küçələrində də aparılması nəzərdə tutulur.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.

Agentlik ötən il Sabunçu rayonunda ümumi uzunluğu 9 km olan küçə təmir edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin