Dünya Müsəlman Alimlər Birliyi həkimlər tərəfindən təsdiqlənmiş yeni növ koronavirus (Covid 19) peyvəndinin dini baxımdan uyğun olduğu barədə fətva verib.
Dünya Müsəlman Alimlər Birliyinin baş katibi Əli Muhyiddin əl-Karadaği yazılı açıqlamasında Covid-19 peyvəndi mövzusunda həkimlərə etibar etməyin vacib olduğunu söyləyib.
Almaniyanın "Pfizer-Biontech" şirkəti başda olmaqla Covid-19 peyvəndləri haqqında bir çox sual aldığını söyləyən Karadaği, "Tibbi ictimaiyyət bu peyvəndin müəyyən qrup və fərdlər üçün lazım olduğuna qərar veribə, bu, zehni və fiziki sağlamlığı qorumaq və epidemiyanın yayılmasının qarşısını almaq üçündür. Din baxımından da qəbul ediləndir",- deyib.
Peyğəmbərin "İslamda zərərə və ziyana dönüş yoxdur" hədisinə toxunan Karadaği epidemiya olduğu təqdirdə müalicənin zəruri olduğuna və fətvaların yalnız elm adamları tərəfindən verilə biləcəyinə də əlavə edib.
Karadağı, fətvanın peyvəndin mütəxəssis qurumlar tərəfindən təsdiqinə, faydasını və təsirini sübut etməsinə bağlı olacağını da qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:42 / 27.12.2020
Din alimləri koronavirus peyvəndi ilə bağlı fətva verdi
Hazırda oxunan: Din alimləri koronavirus peyvəndi ilə bağlı fətva verdi
Hazırda oxunan: Din alimləri koronavirus peyvəndi ilə bağlı fətva verdi
6520
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.