Xalqımızın Novruz bayramı ilə bağlı müxtəlif inancları və adətləri var. Novruzun sonuncu - İlaxır çərşənbəsi də bütün ölkə boyu qeyd edilir.
Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında Torpaq çərşənbəsi xüsusi coşqu ilə keçirilir. Bölgədə ilaxır çərşənbə "baca-baca" adlanır.
Baca-baca günü adətə görə qaş qaralanda bütün həyətlərdə tonqal qalanır, uşaqlar qapılara torba atırlar. Torbası bayram şirniyyatları ilə dolan uşaqlar yorulmadan bütün qapılardan öz payını yığırlar.
Naxçıvanlıların ilaxır çərşənbə adəti niyə məhz "Baca-baca" adlanır? Gəngərli rayonunun eyniadlı kəndinin sakini Eldar Musayev Bizim.Media-ya bu barədə danışıb:
"Keçmiş zamanda evlərdə baca olurdu, çərşənbənin sonuncusunda uşaqlar bacadan torba atırdılar. “Baca-baca” sözü o vaxtdan qalıb. İndi evlərdə baca qalmayıb, müasir evlərdə baca yoxdur. Amma adət qalıb, uşaqlar torbanı indi bacadan yox, qapıdan atırlar."
Eldar Musayev bu gözəl adətin qorunub saxlanıldığını deyir. Bildirir ki, evlərimizdə baca qalmasa da adını yaşadırıq. O, "baca-baca" adəti ilə bağlı bir el deyimini də xatırlatmağı unutmadı:"
"Baca-baca payımı ver,
Yumurtamın tayını ver"
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:36 / 16.03.2022
Naxçıvanda ilaxır çərşənbə niyə "Baca-baca" adlanır? – Səbəbi bu adətlə bağlıdır
Hazırda oxunan: Naxçıvanda ilaxır çərşənbə niyə "Baca-baca" adlanır? – Səbəbi bu adətlə bağlıdır
Hazırda oxunan: Naxçıvanda ilaxır çərşənbə niyə "Baca-baca" adlanır? – Səbəbi bu adətlə bağlıdır
65069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.