“Kənddən Şəhərə” Novruz yarmarkasından FOTOREPORTAJ 

Hazırda oxunan: “Kənddən Şəhərə” Novruz yarmarkasından FOTOREPORTAJ 

64915

Bakı və Abşeronda “Kənddən Şəhərə” Novruz yarmarkaları təşkil olunub. 

Bizim.Media-nın əməkdaşları “Gənclik” metro stansiyasının çıxışından yerləşən yarmarkanı ziyarət ediblər. 

Burada 30-dan artıq regiondan 100-dən artıq fermer kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir.  

Meyvələrdən heyva 1-1.20, mandarin 2.20, alma 1,30 manata satılır. Kərə yağının kiloqramı 15, qaz əti 10, hinq quşu 13-15, balıqlar 6-8 manat aralığında alıcılara təqdim edilib. 

Paytaxt sakinləri ötən illə müqayisədə qiymət artımının olduğunu bildiriblər. Bəzi alıcılar normal bayram alış-verişi üçün 300-500 manat lazım olduğunu vurğulayıblar.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil edilən “Kənddən Şəhərə” yarmarkaları martın 19-unadək fəaliyyət göstərəcək.

“Kənddən Şəhərə” Novruz yarmarkasından fotoreportajı təqdim edirik: 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin