Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vahid Əhmədov Baş nazir Əli Əsədova müraciət edərək bildirib.
"Ümumiyyətlə hesabat zamanı regionlarla bağlı məsələlərə indiyə qədər çox da toxunmamışam.
Amma sizin bu gün iclasda iştirakınızı fürsət bilərək, demək istəyirəm ki, Bakı-Quba yolu bərbad vəziyyətdədir. Bildiyiniz kimi, Quba, Xaçmaz, Qusar turistik zonalardır. Mən aidiyyatı qurumlarla bu barədə əlaqə yaratmışam, lakin bildirirlər ki, alternativ yol çəkiləcək. Mən sizdən xahiş edirəm ki, Bakı-Quba yolunun bərpası üçün müəyyən vəsait ayrılsın", - deyə Vahid Əhmədov bildirib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:07 / 15.03.2022
“Bakı-Quba yolu bərbad vəziyyətdədir” – Vahid Əhmədovdan Əli Əsədova MÜRACİƏT
Hazırda oxunan: “Bakı-Quba yolu bərbad vəziyyətdədir” – Vahid Əhmədovdan Əli Əsədova MÜRACİƏT
Hazırda oxunan: “Bakı-Quba yolu bərbad vəziyyətdədir” – Vahid Əhmədovdan Əli Əsədova MÜRACİƏT
64886
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.