Azərbaycanda müşahidə olunan FAKTİKİ HAVA

Hazırda oxunan: Azərbaycanda müşahidə olunan FAKTİKİ HAVA

64866

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, martın 15-i saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Lənkəran-Astara zonasında intensiv olub.

Düşən yağıntının miqdarı: Lerikdə 26.0 mm, Astarada 12.0 mm, Şəki, Oğuzda 6.0 mm, Ağstafada 5.0 mm, Yardımlı, Tovuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 4.0 mm, Ağdam, Balakən, Zərdab, Beyləqanda 3.0 mm, Qəbələ, Zaqatala, Şamaxı, Altıağac, Xaltan, Sabirabad, Neftçala, Cəfərxan, Bərdə, Göyçayda 2.0 mm, Şərur, Ağdərə (Ordubad), Sədərək, Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Gəncə, İsmayıllı, Qobustan, Xaçmaz, Quba, Qusar, Tərtər, Mingəçevir, Yevlax, İmişli, Kürdəmir, Biləsuvar, Ağsu, Şabran, Şahdağda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Binədə 2.0 mm, Bakı, Maştağa, Pirallahıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 65 sm, Şahdağda 44 sm, Altıağacda 29 sm, Xaltanda 23 sm, Daşkəsəndə 20 sm, Şəkidə 10 sm, Lerikdə 9 sm,Göygöldə 8 sm, Ağdərədə (Ordubad) 5 sm, Sədərəkdə 1 sm olub.
Şərq küləyi arabir Culfada 20 m/s, Ağdərədə 18 m/s-dək güclənib.

Havanın temperaturu: martın 14-də Bakıda iqlim normasından 2.0° aşağı olub, minimal temperatur Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvan MR-da 8°-dək şaxta, dağlıq rayonlarda 15°-dək şaxta, aran rayonlarında 3°-dək isti olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin