Daşkəsəndə 37 min manatlıq oğurluq edənlər saxlanıldı - FOTO

Hazırda oxunan: Daşkəsəndə 37 min manatlıq oğurluq edənlər saxlanıldı - FOTO

64814

Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri təxirə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində fəaliyyət göstərən “Alunit” İstehsalat Sahəsinin ərazisindən külli  miqdarda metal məftil (tros) və çəpərləri oğurlamağa cəhd edən şəxslər “iş” başında yaxalanıb. 

Bizim.Media-nın yerli bürosunun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri zamanı qabaqcadan əlbir olaraq bir qrup şəxs halında dövlət əmlakını gizli yolla talamağa cəhd edən Daşkəsən rayon sakinləri Niyazi Məmmədov, Vüqar Alıyev, Eşqin İmamverdiyev və Elnur Əsgərov saxlanılıblar. 

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər mart ayının 11-də elektrikli mişar və digər alətlər vasitəsi ilə ərazidəki ümumi dəyəri 36 993 manat olan kanat yolunun qoruyucu çəpərlərini saxlayan 1600 metr uzunluğundakı metal məftil (tros) və 400 metr uzunluğundakı dəmir çəpərləri oğurlamağa cəhd ediblər.   

Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Daşkəsən RPŞ-də zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin