Məhkəmə terrorçu ermənilər barədə QƏRAR VERDİ

Hazırda oxunan: Məhkəmə terrorçu ermənilər barədə QƏRAR VERDİ

6479

Nəsimi Rayon Məhkəməsi Azərbaycana qarşı hərbi cinayətlərində təqsirləndirilən 14 erməni hərbçisi barədə qərar verib.

Bizim.Media xəbər verir ki, qərara görə, Qaro Karapetyan, Eduar Saakyan, Viktor Aleksandrov, Aleksnadr Anaxasyan, Andrey Aksuzyan, Seyran Kocamanyan, Armen Martoyan, Qareqin Xalycyan, Ruslan Peklivanyan, Armen Martoyan, Sipan Mouradian, Tonayan David Samveloviç, Ardas Oksuzyan və Qalust Trapizonyanın həbs edilmələri barədə Nəsimi rayon Məhkəməsinə vəsatət göndərilib.

Məhkəmə vəsatəti təmin edib və adıçəkilən şəxslər barəsində qiyabi həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, adı çəkilən şəxslərə Azərbaycan Cinayət Məcəlləsinin 100-cü (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 114-cü (Muzdluluq), 120-ci (qəsdən adam öldürmə), 186-cı (başqasının əmlakı məhv etmə), 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başladılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin