NATO üzvü olan Türkiyə niyə Rusiyaya qarşı loyal davranır? - DETALLAR

Hazırda oxunan: NATO üzvü olan Türkiyə niyə Rusiyaya qarşı loyal davranır? - DETALLAR

64760

Dünyanı bir fırtına kimi dolaşan Rusiya və Ukrayna müharibəsindən kimin “sağ” çıxacağı hələ də müəmmalıdır. İkicəbhəli savaşın əsas aktorları olan ABŞ və Rusiya olmaqla yanaşı, birtərəf böyük dövlətlər də vardır. Siyasi arenada öz gedişləri ilə ən çox maraq toplayan həmin birtərəf ölkələrdən biri Türkiyədir.

Bizim.Media-ya danışan politoloq Elman Vəliyev qeyd edir ki, bu konfliktdə Türkiyə və Azərbaycanın mövqeyi çox düzgün strategiya əsasında nümayiş etdirildi: 

“Türkiyə bildiyimiz kimi həm NATO üzvü, həm də Rusiya və Ukrayna ilə yaxın əməkdaşdır. Türkiyə NATO üzvü olsa da, digər üzvlər kimi Rusiyaya qarşı sanksiyalarda iştirak etmədi. Türkiyənin neytral mövqe sərgiləməsi ilk öncə öz maraqlarını qorumaq üçündür.
 

MÖVZU İLƏ BAĞLI:

NATO müdafiə nazirlərinin fövqəladə iclası keçiriləcək


Türkiyə ilə Rusiya Orta Şərqdə brigə əməkdaşlıq edirlər. Türkiyənin 2020-ci ildə Rusiya Suriyadakı proseslərlə bağlı Moskva anlaşması var. Türkiyə Rusiyadan S-400-lər alır. Türkiyənin taxıl idxalını Rusiya qarşılayır.

Yəni həm iqtisadi, həm siyasi aspektlərdən iki güc dövlət bir-birilə əməkdaşlıq edir. Lakin Ərdoğan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini də gizlətmədi. Bunu etməkdə məqsəd beynəlxalq təzyiqlərə məruz qalmamaq idi”.

Elman Vəliyev sözlərinə görə, Türkiyənin NATO üzvü olması onun təhlükəsizliyinə tam qarant vermir:

“Yaxşı məlumdur ki, bu gün NATO üzvü olan Britaniya, Fransa, İtalya, Yunanıstan Türkiyə torpaqlarını bölməyə çalışan koalisiya üzvləri olub. Türkiyə balans politikası yeridir. Yəni Rusiya təhlükəsinə qarşı NATO gücündən, NATO təhlükəsinə qarşı Rusiya gücündən istifadə edir. Bu ən alternativ siyasi addımdır.

Əgər bu gün Rusiya-Ukrayna konfliktinin həlli üçün danışıqlar masası Türkiyədə qurulursa, bu Türkiyənin yüksək imic formalaşdırdığının göstəricisidir.

Uzun bir müddətdən sonra İsrail prezidentinin, Ermənistan Xarici İşlər nazirinin Türkiyəyə səfər etməsi və müsbət istiqamətdə danışıqlar aparması bunun sübutudur. Türkiyənin "əməkdaşlıq" politikası öz bəhrəsini verməkdədir. Mən deyərdim ki, Türkiyə siyasəti 21-ci əsrdə öz zirvəsini yaşayır və yaşayacaq da”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin