Bürclərin əziyyət çəkdiyi XƏSTƏLİKLƏR - Ən çox hansı bürclər xəstələnir?  

Hazırda oxunan: Bürclərin əziyyət çəkdiyi XƏSTƏLİKLƏR - Ən çox hansı bürclər xəstələnir?  

64756

Qoç

Xüsusilə, baş bölgəsi həssas olan qoç bürcləri daha çox baş ağrısı, hərarətin yüksəlməsi, miqren, beyin iltihabı, yüksək təzyiqdən əziyyət çəkirlər. Tələskən olduqları üçün tez-tez qəza keçirən qoç bürcü altında doğulanlar böyrək və bel bölgəsində də həssaslıq yaşaya bilərlər.

Buğa

Buğa bürcünün ən həssas bölgəsi, boyun və ənsə hissəsidir. Trioid vəzləri, səs telləri, badamcıqlar və qulaqlarla bağlı sağlamlıq problemləri yaşayan buğalar, bəzən cinsi orqanların problemləri ilə qarşılaşırlar. Buğa kişiləri prostat, qadınları isə yumurtalıq və uşaqlıq yolu xəstəlikləri yaşayırlar.

Əkizlər

Əkizlər bürcü altında doğulanlar, daha çox sinir sistemi xəstəliklərindən əziyyət çəkirlər. Eyni zamanda onların çiyinlər, qollar və əlləri də həssas olur. Çiyin və qol ağrıları, barmaqlarla əlaqəli problemlər və sinir problemləri müşahidə edilə bilər. Əkizlər bürcündə bəzən ayaq ağrıları, revmatizma, qaraciyər həssaslığı və allergiyalar müşahidə edilə bilər.

Xərçəng

Xərçəng bürcünün ən həssas bölgəsi; döş qəfəsi, süd vəziləri və mədədir. Qastrit, 12 barmaq bağırsaq, bağırsaq iltihabları və həzmsizlik problemləri, bu bürcün ən çox yaşadığı problemlərdir. Bəzi Xərçənglərdə, diz və dəri problemləri də yaşana bilər. Ağrılara qarşı güçsüz olan xərçəng bürcləri, həyəcan və narahatlıqla özlərini “ağır xəstə” kimi hiss edə bilərlər.

Şir 

Ürək və kürək bölgələri həssas olan şir bürcü; ürək çatışmazlığı, ürək revmatizması və s. xəstəliklərdən daha çox əziyyət çəkirlər. Şir bürcü nümayəndələri, onurğa və bel sümüyü problemləri yaşaya bilər.

Qız

Bu bürc altında doğulanların həzm və mərkəzi sinir sistemi zəif olduğu üçün, daha çox psixoloji xəstəliklərdən əziyyət çəkirlər. Bağırsaq problemləri, kolit, qarın zəri iltihabı və həzmsizlik yaşayan qız bürcü altında doğulanlar ayaq ağrısından da şikayət edir.

Tərəzi

Böyrəkləri və bel bölgəsi həssas olan tərəzilər, sümük və sinir  ağırlarını daha çox yaşayır. Tərəzi bürcü altında doğulanlarda nefrit, soyuq dəyməz və yoluxucu xəstəliklərə qarşı müqavimət zəif olur. Baş və göz ağrısı da tez-tez yaşana bilər. Canları şirin olan tərəzilər, xəstələndikləri zaman həddən artıq diqqət və sevgi istəyirlər.

Əqrəb

Cinsi və genital orqanları zəif olan əqrəb bürcü altında doğulan kişilərdə prostat, qadınlarda uşaqlıq yolu və yumurtalıq problemləri daha çox müşahidə edilir. Əqrəblərdə qoxu və dad bilmə orqanları həssasdır. Buna baxmayaraq, ən sağlam bədənə sahib olan bürclər də, əqrəblərdir. Xəstəlikləri ilə mübarizə aparmağı bacaran əqrəblər tez sağalırlar.

Oxatan 

Qaraciyər, revmatizma və s. xəstəliklərə qarşı zəif olan oxatan bürcü altında doğulanlar, diş əti narahatlıqları və sümük əriməsi də yaşaya bilərlər. Oxatanlarda sinir xəstəlikləri də müşahidə edilir.

Oğlaq

Bədənlərinin ən zəif yeri sümükləri olan oğlaqlar; diş, əzələ, diz qapağı və müxtəlif ortopedik xəstəliklər yaşaya bilərlər. Bəzən oğlaqlar, mədə və həzm sistemləri ilə bağlı problemlər yaşaya bilərlər. Ağrıya dözümlü olan oğlaq bürcü altında doğulanlar, başqalarının şikayət etdiyi xəstəliklərə günlərlə dözə bilirlər.

Dolça

Dolça bürclərinin ən həssas yeri, qan dövranı sistemidir. Zəhərlənmə, yüksək hərarət, spazmlar, ayaq damarlarında problem, baldır və biləklərinin ağrısından şikayət edərlər. Bəzən dolçalar, ürək çatışmazlığı və onurğa problemləri də yaşaya bilərlər. Sağlamlıq mövzusuna məntiqlə yanaşan dolçalar, sağlamlıqlarının qayğısına qalmağa çalışırlar.

Balıq

Balıq bürcü altında doğulanlar, daha çox sinir sistemi problemləri yaşayırlar. Balıq bürcü altında doğulanların limfa vəzləri də zəif olur. Balıq bürcü, xəstə olan zaman inamını itirən və həyəcanlı birinə çevrilir. Bəzən bağırsaq və həzm problemləri də yaşayırlar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin