Bu avtomobil sahiblərinin DİQQƏTİNƏ: Ustalar xəbərdarlıq edir

Hazırda oxunan: Bu avtomobil sahiblərinin DİQQƏTİNƏ: Ustalar xəbərdarlıq edir

64681

Son dövrlər dizel yanacağı ilə işləyən avtomobillərə maraq artıb.  Bu da səbəbsiz deyil. Çünki belə nəqliyyat vasitələrinin yanacaq sərfiyyatı həm azdır, həm də ucuz.  

Ancaq bu avtomobillərin də öz problemləri var. Məsələn, mühərriklərindən daha çox səs gəlir. Nasazlıq yarananda isə səs bir qədər də artır. Ancaq bəzi sürücülər kustar üsulla bunun qarşısını ala bilirlər. Dizel yanacağına müəyyən miqdarda mühərrik yağı əlavə etməklə buna nail olmaq mümkündür.

Bizim.Media xəbər verir ki, Avtomobil ustası Sahil Ağabəyli isə deyir ki, dizelə hər hansı bir yağın qatılması mühərrikdə müxtəlif problemlər əmələ gətirir.

Ustanın sözlərinə görə, AVRO 3-ə qədər olan mühərriklərə yalnız xüsusi qatqılar əlavə etmək mümkündür. Sürücülər isə müxtəlif fikirdədilər. Ustaların tövsiyələrinə əməl edənlər də var, etməyənlər də.
Sahil Ağabəyli deyir ki, yeni model dizel mühərriklərinə az miqdarda benzin qatıla bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin