Milli Hidrometeorologiya Xidmətinin martın 14-ü saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, düşən yağıntının miqdarı Astarada 29 mm, Sarıbaşda (Qax) 17 mm, Beyləqanda 11 mm, Balakən, Oğuzda 9 mm, Altıağac, Lerik, Kişçay (Şəki), Zaqatala, Xaltanda 8 mm, Ağdam, Yardımlı, Şəkidə 7 mm, Tərtər, Qəbələdə 6 mm, Bərdə, Yevlaxda 5 mm, Biləsuvar, Mingəçevir, Zərdab, Qrız, Quba, Tovuzda 4 mm, Göyçay, İmişli, Gədəbəy, Qobustanda 3 mm, Ağdərə (Ordubad), Naftalan, Şəmkir, Şabran, Ağstafa, Qusar, Kürdəmir, Daşkəsəndə 2 mm, Naxçıvan, Şahbuz, Göygöl, Gəncə, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Ağsu, Şahdağ, Qax, Göytəpə, Ceyrançöl, Xınalıq, İsmayıllı, Şamaxı, Xaçmazda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 3 mm, Bakı, Maştağada 1 mm-dək olub.
MÖVZU İLƏ BAĞLI:
Bakıya sulu qar yağacaq – PROQNOZ
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 64 sm, Şahdağda 48 sm, Xaltanda 29 sm, Altıağacda 28 sm, Kişçayda (Şəki) 23 sm, Daşkəsəndə 21 sm, Ləzədə 17 sm, Qrızda 13 sm, Göygöldə 8 sm, Ağdərədə (Ordubad) 6 sm, Lerikdə 4 sm, Yardımlı, Xınalıq, Şəkidə 3 sm, Qobustanda 2 sm, Zaqatala, Qubada 1 sm təşkil edib.
Şərq küləyinin sürəti arabir Hacıqabulda 24 m/s, Naftalan, Sabirabad, Culfada 20 m/s, Gəncə, Naxçıvanda 18 m/s, Tərtərdə 16 m/s, Şirvanda 15 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda iqlim normasından 2 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7 dərəcəyədək şaxta, dağlıq rayonlarda 10-14 dərəcə şaxta, aran rayonlarında 1-4 dərəcə isti qeydə alınıb.
Bizim.Media