Bakıda ölümlə nəticələnən QISQANCLIQ - Ər arvadını qətlə yetirdi

Hazırda oxunan: Bakıda ölümlə nəticələnən QISQANCLIQ - Ər arvadını qətlə yetirdi

64613

Bakıda kişi arvadını qətlə yetirib.

Bu barədə Bizim.Media-ya Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Saməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin