Odessada güllələnən 4 azərbaycanlının nəşi niyə ölkəmizə gətirilmir? - VİDEO

Hazırda oxunan: Odessada güllələnən 4 azərbaycanlının nəşi niyə ölkəmizə gətirilmir? - VİDEO

64500

Odessada gömrük postunda rus hərbçiləri tərəfindən güllələnən 4 azərbaycanlının meyitləri Moldovada morqda saxlanılır.

Bizim.Media xəbər verir ki, bu fikirləri hazırda ailəsi ilə bu ölkədə stadionda qalan azərbaycanlı Tapdıq İsmayılov səsləndirib.

MÖVZU İLƏ BAĞLI:

Ukraynada öldürülən dörd azərbaycanlı ilə bağlı YENİ FAKTLAR: “Gözümün qabağında...” - VİDEO
 

Ukraynada yaşayan tanınmış jurnalist Mövsüm Qədiroğlu mövzu ilə bağlı həmin şəxsdən müsahibə alıb və orda məskunlaşan azərbaycanlıların durumu ilə maraqlanıb.

Əslən Kəlbəcərdən olan Tapdıq İsmayılov ölən 2 şəxsin qardaşı olduğunu deyib: “Digər 2 nəfər isə biri qardaşım, biri isə bacım oğludur. Onların Azərbaycana aparılması üçün işlər aparılır, ancaq hələlik müsbət nəticə yoxdur”. 

Xatırladaq ki, fevralın 27-də Odessa şəhərindən 60 km aralıda, sərhəd qoşunları hərbçiləri formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar 7-8 maşından ibarət olan əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran edib.

Hadisə şahidlərinin dediyinə görə 3 həmvətənimiz (Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılov) yerindəcə, bir nəfər (Camal Salmanov)  isə xəstəxanada dünyasını dəyişib. İnsident zamanı bir neçə yaralının olduğu da deyilir.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin