Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.
Bizim.Media xəbər verir ki, Şahmar Mövsümov qaliblərə əsas milli inkişaf prioritetlərindən bəhs edib.
Bu prioritetlərin içində insan kapitalının inkişaf etdirilməsi dövlətin xüsusi marağında olduğunu qeyd edən Prezident köməkçisi, “Yüksəliş” müsabiqəsinin bu istiqamətdə xüsusi əhəmiyyət kəsb etdiyini əlavə edib.
Sonra Şahmar Mövsümov qeyri-neft sahəsinin inkişafı, iqtisadi və informasiya texnologiyaları sahələrinin inkişafı ilə bağlı qaliblərin təkliflərini qəbul edib və suallarını cavablandırıb.
Şahmar Mövsümov “Yüksəliş” müsabiqəsinin qaliblərinə şəxsi idarəçilik təcrübəsi əsasında tövsiyələrini də verib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva Şahmar Mövsümova iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib.
Qeyd edək ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Gənclər və İdman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:45 / 12.03.2022
Prezidentin köməkçisi “Yüksəliş”in qalibləri ilə görüşdü - FOTO
Hazırda oxunan: Prezidentin köməkçisi “Yüksəliş”in qalibləri ilə görüşdü - FOTO
Hazırda oxunan: Prezidentin köməkçisi “Yüksəliş”in qalibləri ilə görüşdü - FOTO
64465
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.