Təhsil naziri Gəncədə vətəndaşları qəbul etdi - FOTO

Hazırda oxunan: Təhsil naziri Gəncədə vətəndaşları qəbul etdi - FOTO

64450

Martın 12-də təhsil naziri Emin Əmrullayev Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarında qeydiyyatda olan sakinlər, həmçinin həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, pandemiya qaydalarına uyğun olaraq həyata keçirilən qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, işlə təmin olunma, məktəb binalarının əsaslı təmir və tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. 

Nazir qəbula yazılmış  vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin