Yenə bir bank adından dələduzluq hadisəsi yayılıb. Belə ki, müxtəlif yollara əl ataraq insanları aldadan dələduzlar indi də bank istifadəçilərin məbləğini mənimsəməyə çalışırlar.
Bizim.Media xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının adından öz fırıldaqları üçün sui-istifadə edən bir qrup şəxs rəsmi olmayan, lakin real görünən saytlar yaratmaqla insanların diqqətini çəkiblər.
IT mütəxəssis Həsənağa Azadın sözlərinə görə, bu yeni bir kiberdələduzluq hadisəsidir.
“Birincisi saytın domen hissəsinin ABB bakı ilə heç bir əlaqəsi yoxdur. Əgər ABB bank ilə əlaqəli olsaydı o zaman bu sayt bankın əsas domeni olan abb-bank.az/ hissəsi ilə başlayardı. İkincisi belə bir kampaniya barədə Bankın əsas saytında heç bir xəbər yoxdur. Üçüncüsü həmin bu dediyiniz saytda şərhlər də heç realistik görünmür, adlar azərbaycanlı adlar deyil. Həmçinin saytın dili də Azərbaycan dilində deyil”.
Həsənağa Azad: “Bütün bu məqamları nəzərə alsaq, bu bir kiber dələduzluqdur və o saytda bu üsul ilə vətəndaşlardan bank kartları oğurlanılır. İnternet istifadəçilərini daha diqqətli olmağa və belə dələduzlara inanmamağa çağırıram”, - deyə xəbərdarlıq edib.
IT mütəxəssisi həmçinin bu kimi halların qarşısını almaq və bu barədə məlumat yaymaq səlahiyyətinə malik serverin hələ olmadığını deyib.
“Belə servis yoxdur və açığı, olması da mənasızdır. İnternet üzərindən dələduzluq edənlər çoxdur. Hər bir servisi tapıb o barədə məlumat vermək üçün böyük və operativ komanda lazımdır. Belə bir şirkət üçün qazanc üsulu düşünmək asan deyil. Yəni belə bir xidmət verən şirkət qurulsa, o şirkətin işçilərinə maaş üçün maliyyə hardan gələcək?”
O həmçinin vurğulayıb ki, hələ də insanlar arasında kiberdələduzluğa inananlar var və onlar bu barədə özləri diqqətli olmalıdırlar.
“Asan aldanan insanlar özləri araşdırmırlar ki, hansı təklif realdır, hansı dələduzluqdur. Email üzərindən göndərilən "filan ölkədə qohumunuz vəfat edib və sizə milyonlarını varis edib" vasitəsi də hələ də davam edir. Deməli bunlara inananlar hələ də var”.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:30 / 12.03.2022
Beynəlxalq Bankın adından növbəti TƏLƏ - İnsanları uduş adı ilə necə aldadırlar?
Hazırda oxunan: Beynəlxalq Bankın adından növbəti TƏLƏ - İnsanları uduş adı ilə necə aldadırlar?
Hazırda oxunan: Beynəlxalq Bankın adından növbəti TƏLƏ - İnsanları uduş adı ilə necə aldadırlar?
64414
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.