“WhatsApp”da YENİ FUNKSİYA – Yazışmaların mühafizəsi gücləndirilir

Hazırda oxunan: “WhatsApp”da YENİ FUNKSİYA – Yazışmaların mühafizəsi gücləndirilir

64412

“Meta” şirkəti “WhatsApp” messenceri üçün “Code Verify” brauzerinin əlavəsini istifadəyə verib. O, yazışmaların mühafizəsini təkmilləşdirməyə xidmət edəcək.

Bizim.Media xəbər verir ki, əlavə “WhatsApp” veb versiyasının məzmununun dəyişdirilmədiyini təsdiqləyir. 

Məqsəd potensial təcavüzkarın messencer mesajlarının məlumatlarını və ya məxfiliyini pozmasını xeyli çətinləşdirməkdir.

“Code Verify” sistemi hər hansı bir problemin olub-olmadığını göstərmək üçün svetofor sistemindən istifadə edir.

Yaşıl rəng hər şeyin qaydasında olduğunu, narıncı rəng səhifəni yeniləmək lazım ola biləcəyini və ya kodun nəzərdən keçirilməsinə mane olan ayrıca bağlantının olduğunu bildirir. Qırmızı rəng isə problemin olduğu mənasına gəlir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin