Ötən günlərdə hərbçilərin narkoloji müayinədən keçirilməsi və erkən profilaktik diaqnozun qoyulması ilə bağlı layihənin Milli Məclisə tövsiyə olunması ortaya belə bir sual qoyur: Bəs bu günə kimi hərbi qulluqda olan şəxslər sözgüdən yoxlanışdan keçmirdilər?
Tanınmış terapevt-həkim Rasif Bağırovun sözlərinə görə, bu vaxtacan belə qayda olmayıb.
MÖVZU İLƏ BAĞLI:
Psixotrop maddə hazırlayanların cəzası ağırlaşdırılır - Cinayət Məcəlləsinə dəyişiklik ediləcək
Hərbçiləri Narkoloji dispanserdən keçirmək tələbi şərt kimi qoyulmayıb:
“Ona görə ki, hər Hərbi Komissarlıqda Hərbi Komissiya fəaliyyət göstərir. Həm çağırışa gələnlərin, həm hərbiyə daxil olanların həmin o Hərbi Komissiyalarda yoxlanışdan keçirirdilər və sadəcə şübhələndikləri xəstələri Narkoloji və ya Psixo-Nevroloji dispanserə göndərirdilər”.
Rasif Bağırov məsləhət görür ki, Narkoloji və Psixo-Nevroloji müayinələr xəstələrin qeydiyyatda olduğu spesifik yerlərdə aparılmalı və onlar mütləq şəkildə arayış almalıdırlar.
“İnsan var ki, Psixo-Nevroloji və ya Narkoloji dispanserdə qeydiyyatdadır, lakin hal-hazırda remissiya vəziyyətindədir, yəni sakitlik dövrüdür və bu hərbi yoxlanış zamanı həkimləri yanılda bilər”.
Terapevt xüsusi narkoloji müayinənin eyni zamanda psixo-nevroloji sahə üzrə də aparılmasının lazım olduğunu bildirib:
“Xəstələr təkcə Narkoloji dispanserdə yox, eləcə də Psixo-Nevroloji dispanserdə də yoxlanılmalıdırlar ki, əvvəllər qeydiyyata düşüblər ya yox”.
Mia Quliyeva, Bizim.Media