Həşəratlar çıxan düyü ilə bağlı AQTA-dan CAVAB - Səbəb MƏLUM OLDU

Hazırda oxunan: Həşəratlar çıxan düyü ilə bağlı AQTA-dan CAVAB - Səbəb MƏLUM OLDU

64379

Bu günlərdə aparıcı Aytən Səfərovanın marketlərdən birindən aldığı düyünün içərisindən həşəratlar çıxdığını xəbər vermişdik. 

"Mumtaz" markasından olan düyünü qaynatmaq üçün suya tökən Səfərova qara həşəratların görüntüsünü nümayiş etdirmişdi.

Aytən Səfərova həmçinin qablaşdırmada məhsulun istehsal tarixinin 2024-cü ilə qədər qeyd olunduğunu da bildirmişdi.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu göndərmişdik. 

AQTA Bizim.Media-nın sorğusunu belə cavablandırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan düyü idxalını 20%-dək azaldıb


”Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir”. 

Qurumdan bildirilib ki, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur:

“Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə qanuna müvafiq tədbirlər görülür. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər.

Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.


Bu kimi hallar qida zəncirinin bütün mərhələlərində baş vermiş nöqsanlar nəticəsində meydana çıxa bilər (emal, qablaşdırma, saxlanma şəraiti, daşınma və s.). Ona görə də, konkret faktlar üzrə araşdırmaların aparılması zəruridir. Faktla bağlı “1003-Çağrı Mərkəzi”nə ətraflı məlumat verməyiniz xahiş olunur”, - deyə sorğuya cavabda qeyd olunub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin