Silah oğurlayan polis əməkdaşlarına hökm oxundu

Hazırda oxunan: Silah oğurlayan polis əməkdaşlarına hökm oxundu

64314

Bakı Ağır Cinayətlər Məhkəməsində silah oğurluğunda təqsirləndirilən Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Musa Allahverdiyev 5 il 6 ay, Cavid Hüseynov isə 3 il 6 ay azadlıqdan məhrum edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qadın ərinin 17 min manatını və telefonunu oğurladı


Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Sabunçu rayon Polis İdarəsində aparılan yoxlama zamanı “Zəfər K” tapançalarından birinin yoxa çıxdığı məlum olub.

Dörd ay davam edən axtarışdan sonra 2021-ci ilin aprel ayında Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə əlaqədar saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin