Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bizim.Media xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrlik etdiyi prosesdə məktəb direktorları ifadə verib.
Direktorlar sabiq icra başçısına rüşvət vermədiklərini bildiriblər.
Şahidlərdən iki nəfər Rayon Təhsil Şöbəsinin sabiq müdiri Qərənfil Əhmədovaya təyinat üçün 15 min və 17 min manat rüşvət verdiklərini bildiriblər. Proses martın 18-də davam etdiriləcək.
Xatırladaq ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub (Trend).
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:22 / 11.03.2022
"Direktor olmaq üçün 17 min verdim" – MƏHKƏMƏ İŞİ
Hazırda oxunan: "Direktor olmaq üçün 17 min verdim" – MƏHKƏMƏ İŞİ
Hazırda oxunan: "Direktor olmaq üçün 17 min verdim" – MƏHKƏMƏ İŞİ
64260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.