Bəzi sürücülər yol-nəqliyyat hadisəsi keçirdikdən sonra sığorta etdirdiyi maşınına görə kompensasiya ala bilmədiklərinə görə şikayətçidirlər.
Şikayətçi Leyla Mirzəyeva qeyd edir ki, yanvar ayında qəza hadisəsi baş verib amma hələ də sığorta şirkəti dəymiş zərərlə bağlı ödənişi etməyib. Digər vətəndaş Qurban Əliyev isə eyni halı yaşadığını oktyabrdan bu yana konpensasiya ala bilmədiyini qeyd edib.
Bu halda vətəndaş hara müraciət etməlidir?
Sualımızı Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov cavablandırdı.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, öncəliklə vətəndaş sığorta şirkəti ilə bağlanılan müqaviləyə diqqət etməlidir. Problemli halda isə aidiyyəti qurumlara müraciət etmək lazımdır:
“Sığortaya nəzarət Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılır. Əgər vətəndaşlar sığorta şirkətləri və onların fəaliyyəti ilə bağlı problem yaşayırsa Mərkəzi Banka müraciət edə bilərlər. Bankın nəzdində Sığorta Nəzarəti Xidməti və İstehlakçıların Hüquqlarının müdafiəsi ilə bağlı şöbə var ki, zərərçəkən vətəndaşların bu tip şikayətlərinə baxır”.
Ekpertin sözlərinə görə, kompensasiya ilə bağlı cavablar 7 iş günü müddətinə göndərilməlidir:
“Kompensasiyanın ödənilməsi ilə bağlı problem varsa, bu məsələlər Sığorta fəaliyyəti haqqında qanun və ya icbari sığorta iə bağlıdırsa İcbari sığortalar haqqında qanunu ilə tənzimlənir bu məsələlər. Sığorta şirkətləri sonuncu sənədin təqdim olunmasından 7 iş günü müddətinə vətəndaşa ya imtina ilə bağlı ya da prosesin aparılıb-aparılmaması ilə bağlı hər hansı məlumat verməlidirlər”.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:15 / 11.03.2022
Dəymiş zərərə görə kompensasiya ALA BİLMƏYƏNLƏR – Təcili BU QURUMA müraciət edin!
Hazırda oxunan: Dəymiş zərərə görə kompensasiya ALA BİLMƏYƏNLƏR – Təcili BU QURUMA müraciət edin!
Hazırda oxunan: Dəymiş zərərə görə kompensasiya ALA BİLMƏYƏNLƏR – Təcili BU QURUMA müraciət edin!
64222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.