Texnoloji inqilab milləti toplum kimi məhv olmağa gətirib çıxara bilər - XƏBƏRDARLIQ

Hazırda oxunan: Texnoloji inqilab milləti toplum kimi məhv olmağa gətirib çıxara bilər - XƏBƏRDARLIQ

64194

Son zamanların məşhur mövzularından biri “Metaverse” – müasir inkişaf etmiş virtual reallıq cihazları vasitəsi ilə ümumən zehni hiss ediləcək yeni bir dünyanın mümkün olub-olmamasıdır. Metakainat əgər tamamilə məişət həyatına tətbiq oluna biləcək səviyyəyə gəlsə, insanların heç bir fiziki səy göstərmədən müvafiq texnologiyalarla müxtəlif ölkələrə səyahət, alış-veriş, kinoya getmək, hətta anında keçmişə dönə bilmək imkanı əldə edəcəklər.

Demək olar ki, bəşəriyyət yeni imkanlar yaradacaq mərhələyə keçid edir.

Amma insan əlinin dəydiyi hər şeyin müsbət tərəfləri olduğu kimi, mənfi tərəflərinin də olması qaçınılmazdır.

Bizim.Media “Metaverse” haqqında IT mütəxəssisi İlkin Əzməmmədov ilə həmsöhbət olub:

“Son vaxtlar məşhur olan “Metaverse” termini yunanca “Meta” yəni “sonra” və ingiliscə “universe” yəni “kainat” sözlərinin birləşməsindən əmələ gəlib. Biz bunu virtual kainat kimi başa düşə bilərik. Facebook şirkətinin adını Meta-ya çevirməsindən sonra bütün dünyada məşhurlaşmağa başladı”.

İlkin Əzməmmədov Microsoft, Meta, Epic Games, Roblox, Minecraft kimi şirkətlər “Metaverse” dünyasını yaratmağa ciddi investisiya etdiyini vurğulayıb:

“Yəni, insanların, şəhərlərin, əşyaların virtual dünyada kopyası yaradılır. İnsanlar “Metaverse” kainatında və ya virtual reallıq dünyasında yaşaya biləcəklər. Virtual reallıq hazırda oyun dünyasında istifadə edilsə də, gələcəkdə “Metaverse”dən daha geniş istifadə ediləcək. Gəzmək, işləmək, konsert vermək, nəyisə almaq və ya satmaq kimi gündəlik həyatımızda etdiyimiz şeyləri Metaverse-də etmək mümkün olacaq”.

IT mütəxəssisi “Metaverse” və kriptovalyutanın əlaqəsindən də söz açıb:

“Kripto pullar və NFT-lər də bu kainatda özlərinə yer edib. Dünyamızda qorunan sənət əsərləri də NFT olaraq yaradılaraq “Meta” dünyasında satılacaq və nümayiş etdiriləcək. Bəzi məşhurlar bu kainatda konsertlər verir. Hətta bəzi şirkətlər virtual dünyada iclas belə keçirir. “Metaverse”yə internetin gələcəyi də deyirlər. Bu nə dərəcədə doğrudur, məsələ hələlik sual altındadır”.

İlkin Əzəmmədov sözügedən inqilabi yeniliklə bağlı ciddi narahatçılığını və mənfi tərəflərindən də danışıb:

“İndi məşhur olsa da gələcəkdə bu məşhurluğunu qoruya biləcəkmi bunu deyə bilmərəm. Hazırda virtual dünya əsasən gənclər arasında populyardır. Virtuallığı sevənlərlə bərabər, sevməyənlər də çoxdur. Hər halda internet açıq dünyadır. İnternetdə tamamilə qorunmaq deyə bir şey yoxdur. “Metaverse” dünyasında da məlumatların nə dərəcədə qoruna bilməsi şübhəlidir. Yadınızdadırsa, Facebook keçmişdə data satılması və amerikalı seçicilərin sosial şəbəkələrdə manipulyasiya edilməsi ilə bağlı ittiham edilmişdi. Bunu “Metaverse” dünyasında edəcəkmi ya yox, buna hələki heç kim cavab verə bilməz”.

Ekspert eləcə də, o “Metaverse” dünyasında manipulyasiyaya və dataların oğurlanmasına qarşı böyük açıqlıq əmələ gələcəyi ilə bağlı xəbərdarlıq edib:

“Xakerlər üçün də “Metaverse insanları” potensial “ov” olacaq. Gənclərin buraya axın etməsi ilə onların şəxsiyyətinin formalaşması prosesində də bu dünyalar ciddi rol alacaq. Həmçinin sosial şəbəkələrdə zərərli kontentlərlə qarşılaşırıqsa, “Metaverse” dünyasında da bu qaçılmaz olacaq”.

Nəhayət, İlkin Əzməmmədov qeyd edib ki, virtual dünyaya axın yaşlılar və gənclər arasında olan uçurumu da böyüdə bilər:

“Hələlik bu fikirlər iddiadan o tərəfə keçmir. Gələcək bunun necə olacağını bizə göstərəcək”.

Ekspert sonda onu da qeyd etdi ki, indi Azərbaycan elmi, dövlət institutları bu mərhələyə hazırlıqlı olmalı, xüsusi layihələr hazırlanmalıdır. Həm də başa düşmək lazımdır ki, bu mərhələdə fantaziyanın hüdudları yoxdur, yəni, biz hazırda təklif olunan vəziyyətin deyil, hətta bundan sonrakı təxmin edilən şəraitə də hazırlıqlı olmalıyıq. Geri qalmaq millin identifikliklə bərabər, toplum kimi də yox olmağa gətirib çıxara bilər. 

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin