Azərbaycanda 63 nəfər suda boğulub, 227 nəfər isə...

Hazırda oxunan: Azərbaycanda 63 nəfər suda boğulub, 227 nəfər isə...

64002

Ötən il Azərbaycanda 63 nəfər suda boğularaq ölüb. 

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. 

Hesabatda qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşən 125 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərində 102 nəfər olmaqla cəmi 227 nəfər xilas edilib. 

Bildirilib ki, nəzarət olunmayan qeyri-çimərlik ərazilərində suda batan 63 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin