Mikayıl Cabbarov Məhəbbət Vəliyevanı müavin təyin etdi...

Hazırda oxunan: Mikayıl Cabbarov Məhəbbət Vəliyevanı müavin təyin etdi...

63971
Dekabrın 5-də təhsil naziri Mikayıl Cabbarov Bakı Şəhəri üzrə Təhsil İdarəsində idarəetmənin gücləndirilməsi məqsədilə müvafiq əmrlər imzalayıb. 

Nazirin əmri ilə akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub. 


Azərbaycan Respublikasının əməkdar müəllimi olan Məhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində doğulub.1990-cı ildə Bakı Slavyan Universitetini bitirib. İlk pedaqoji fəaliyyətinə Bakı şəhərindəki 190â„–-li məktəbdə başlayıb.

2003-2008-ci illərdə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya mərkəzində işləyib.

28 aprel 2008-ci il tarixindən bu günədək Zərifə Əliyeva adına liseyə işinə rəhbərlik edirdi. Ailəlidir. İki övladı, 1 nəvəsi var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin