Bakıda 52 yaşlı kişi evdə yanaraq ölüb.
Bizim.Media-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1970-ci il təvəllüdlü Jukov Leonid Yuriyeviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
*** 09:27
Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik:
Bizim.Media