Bakının iki ərazisində deformasiyaya uğramış yol örtüyü yenilənib – FOTO

Hazırda oxunan: Bakının iki ərazisində deformasiyaya uğramış yol örtüyü yenilənib – FOTO

63894

Bakının Yasamal rayonun Əbdürrəhim bəy Haqverdiyev və Binəqədi rayonunun Cəfər Xəndan küçələrinin bir hissəsində təmir işləri zamanı deformasiyaya uğramış örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Bildirilir ki, Əbdürrəhim bəy Haqverdiyev küçəsinin 1 800 kv.metr sahəsində, Cəfər Xəndan küçəsinin isə 600 kv.metr sahəsində təmir işləri aparılıb. İşləri hərəkət intensivliyi nəzərə alınaraq qeyri-iş günləri yerinə yetirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin